Balakəndə 22 yaşlı oğlan külli miqdarda narkotiki satarkən tutuldu

Narkotik vasitə alverində təqsirləndirilən Balakən rayon sakini həbs edilib.

 

Rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, Balakən RPŞ-nin əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olan şəxslərin tapılaraq istintaqa təhvil edilməsi istiqamətində əməliyyat-axtarış tədbiri keçirib. Tədbir nəticəsində rayonun Gərəkli kənd sakini, 1993-cü il təvəllüdlü Şamil Umarov saxlanılıb.

 

Balakən RPŞ-nin müstəntiqi Məhəmməd Əliyev bildirib ki, o, narkotik vasitə hesab olunan 1 kiloqram  232 qram qurudulmuş marixuananı şərti alıcıya satarkən yaxalanıb.
 

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov