Zaqatalada bələdiyyə binası yanıb

Zaqatalada inzibati bina yanıb. APA TV-nin məlumatına görə, yanğın bu gün səhər saatlarında Maqov kənd mədəniyyət evi və bələdiyyəsinin yerləşdiyi, ümumi sahəsi 400kv/m olan inzibati binada qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin  (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və səxsi heyəti cəlb edilib. Yanğın söndürülüb.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov