Paytaxtda yağış, bölgələrdə qar yağacaq

Yanvarın 25-də Bakıda və Abşeron yarımadasında havanın buludlu, arabir yağıntılı olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, havanın temperaturunun gecə 1-3, gündüz 4-7 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında yanvarın 25-də havanın fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 13-18 dərəcə şaxta, gündüz  0-5 dərəcə isti olacağı gözlənilir.

Müəllif | Apa.Tv
Apa.tv