"The Washington Post": ABŞ Yəməndə prezidenti devirən şiələrlə danışıqlara getmək istəyir

ABŞ Yəməndə "Əl-Qaidə"yə qarşı əməliyyatları dayandırdığını bəyan edib. APA TV-nin "The Washington Post"a istinadən verdiyi məlumata görə, Vaşinqton bu addımını adı çəkilən ölkənin prezidenti Əbd Rabbu Mansuri Hadinin istefaya getmək istəyi ilə əlaqələndirib. Bildirilir ki, amerikalıları informasiya ilə təmin edən Yəmənin Xüsusi Xidmət Orqanları hazırda Xousti hərəkatının şiəməzhəb üsyançılardan ibarət qruplaşmanın nəzarətindədir. "Biz onlarla müttəfiqlik edə bilmərik" deyə ABŞ tərəfi açıqlama verib. Mənbə həmçinin qeyd edir ki, "Əl-Qaidə"nin Ərəbistan yarımadası qolunun üzvləri arasında hazırda anlaşılmazlıq hökm sürür. "Şübhə yoxdur ki, onlardan bəziləri üsyançılarla hansısa razılığa getmək istəyirlər". Bu arada isə ABŞ yüksək dairələrindən Vaşinqtonun Xousi hərəkatının liderləri ilə danışıqlar aparmağa hazır olduğu deyilir. "Ağ Ev"in nümayəndəsi Coş Ernest isə vurğulayıb ki, rəsmi Vaşinqton bu söhbətlərdən xəbərsizdir və Yəməndə antiterror əməliyyatlarının davam etdirilməsində israrlıdır. Xatırladaq ki, Yəmən prezidenti istefaya getmək istəyini ölkədə baş verən dövlət çevrilişindən sonra Xousi-şiə hərəkatının nümayəndələri ilə danışıqlar bitən kimi açıqlayıb. Bundan sonra üsyançı şiələr prezident iqamətgahını ələ keçiriblər. 

Müəllif | Apa.Tv
Apa.tv