Bərdədə 28 yaşlı piyadanı maşın vurub
Bərdədə yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, şəhərin Heydər Əliyev prospektində Fazil Ədilov idarə etdiyi "VAZ-21015" markalı avtomobillə yolu keçmək istəyən rayon sakini Samir Abbasovu vurub. 28 yaşlı yaralı Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onun sol bud sümüyünün sındığı və bədəninin müxtəlif hissələrində əzilmiş yaraların olduğu müəyyən edilib. Həkimlər onun vəziyyətini kafi qiymətləndirirlər. Hadisəyə yüksək sürətin səbəb olduğu bilidirilir. Qəzaya səbəb olan avtomobil cərimə meydançasına aparılıb, sürücü isə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.