Gəncə sakini dostunu bıçaqlayıb

Gəncədə bıçaqlanma hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, hadisə yanvarın 24-də gecə saatlarında şəhərin “Metallurq” stadionun yaxınlığında qeydə alınıb. Şəhər sakini, 1983-cü il təvəllüdlü Məhəmməd Bağırov bədəninin bir neçə nayihəsindən dərin bıçaq yarlaları ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.  Xəstə dərhal əməliyyat olunub, sonra isə reanimasiya söbəsinə aparılıb.

 

Məhəmməd Bağırovu öz dostu - Asim adlı şəxsin bıçaqladığı bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli