Bakıda tәmirә bağlanan yollardan biri açılıb

Bakıda tәmirә bağlanan yollardan biri açılıb. APA TV-nin mәlumatına görә, Koroğlu Rәhimov küçәsinin Fәtәli xan Xoyski küçәsi ilә kәsişmәsindәn akademik Hәsәn Әliyev küçәsi ilә kәsişmәsinәdәk olan hissәsi tәmirdәn sonra istifadәyә verilib. Ərazidə asfalt örtüyü və kommunikasiya xətləri yenilənib.

 

Xatırladaq ki, Koroğlu Rәhimov küçәsinin hәmin hissәsi yanvarın 20-si axşam saatlarından bağlanmışdı. Küçәnin qalan hissәlәri isә ötәn ilin noyabrında hissə-hissə tәmir edilib. Bundan sonra Koroğlu Rəhimov küçəsinin Əbdürrəhimov küçəsi ilə kəsişməsinədək olan hissəsinin təmiri nəzərdə tutulur. Bununla da Koroğlu Rəhimov küçəsində təmir işləri tam başa çatacaq.

 

Müəllif | Apa.Tv