Bakıda "London taksisi" qəzaya uğradı
Dünən axşam saatlarında Bakının Yasamal rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. APA TV-nin xəbərinə görə, qəza İnşaatçılar və Nəriman Nərimanov prospektlərinin kəsişməsindəki dairədə baş verib. Ramin Rzayevin idarə etdiyi minik avtomobili Dövlət Statistika Komitəsinin binası qarşısındakı dairədə hərəkətdə olarkən anidən dayanıb. Nərimanov prospektindən dairəyə yaxınlaşan və Zaur Əliyevin idarə etdiyi "London taksi"si isə arxadan ona çırpılıb.
Qəza nəticəsində xəsarət alan olmayıb. Hadisənin səbəbinə ərazidə yerləşən təhlükəsizlik kameralarının görüntülərinə baxıldıqdan sonra aydınlıq gətiriləcək.
Faktla bağlı Yasamal Rayon Dövlət Yol Polisi Şöbəsində araşdırma aparılır.