Saatlı sakinlərindən narkotik götürülüb

Saatlı sakinlərindən narkotik vasitə götürülüb. Rayon Polis Şöbəsindən APA TV-nin Mil-Muğan bürosuna verilən məlumata görə, rayonun Qara Nuru kənd sakinləri, əvvəllər məhkum olunmuş 1968-ci il təvəllüdlü Həsənov Mehman Əvəz oğlundan 5,97 qram, 1989-cu il təvəllüdlü Ağayev Elçin Gülağa oğlundan isə iki kibrit qutusunda qablaşdırılmış 9,5 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Məlum olub ki, saxlanılan şəxslər narkotik vasitələri satış məqsədi ilə əldə edib. Hər iki şəxs barəsində həbs-qəti imkan tədbiri seçilib. Faktla bağlı araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı