Mövqelərimiz iriçaplı pulemyot, minaatan və qumbaraatanlardan 124 dəfə atəşə tutulub

Azərbaycan Müdafiə Nazirliyi (MN) bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlar, minaatan və qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 124 dəfə pozub.

 

APA TV-nin MN-in saytına istinadən verdiyi məlumata görə, Ermənistanın İcevan rayonunun Paravakar, Berkaber, Noyemberyan rayonunun Dovex və Barekamavan kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qızılhacılı, Kəmərli və Qaymaqlı kəndlərində, Berd rayonunun Ayqepar, Mosesqex, Çinari kənlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Ağbulaq, Koxanəbi və Muncuqlu kəndlərində, Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

 

Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Göyarx, Çiləbürt, Yarımca, Çaylı, Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Cəvahirli, Mərzili, Şuraabad, Qaraqaşlı, Novruzlu, Sarıcalı, Kəngərli, Xocavənd rayonunun Kuropatkino, Füzulirayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Cəbrayılrayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavəndvə Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə məruz qalıb.

 

Düşmən cavab atəşi ilə susdurulub.

Müəllif | Apa.Tv
Apa.tv