Bəşər Əsəd: “Rusiya və İran Suriyaya dəstəyi davam etdirir”

“Dünya bazarında neftin qiymətinin kəskin surətdə düşməsinə baxmayaraq, Rusiya və İran Suriyaya dəstəyini davam etdirir”. APA TV-nin məlumatına görə, bu fikirləri Suriya prezidenti Bəşər Əsəd "Foreign Affairs" dərgisinə müsahibəsində bildirib. Jurnalistin "Siz, iqtisadiyyatları böyük ölçüdə neftdən və hazırkı bazar qiymətlərindən asılı olan Rusiya və İranın yardımlarını itirə biləcəyinizdən narahat deyilsiniz ki?" sualına Bəşər Əsədin cavabı maraqlı olub. "Xeyr, adını çəkdiyiniz ölkələr bizə heç bir maliyyə yardımı etmirlər. Əgər onlar bizə hətta bu istiqamətdə də dəstək olmaq istəsələr, bu yalnız, kredit formasında olacaq. Ümumiyyətlə, davam edən hazırkı proseslər fonunda mən adını çəkdiyiniz ölkələrdə hər hansı böhran yaşandığını deyə bilmərəm". Qeyd edək ki, bu gün Moskvada Suriyanın siyasi dairələrinin arasında danışıqlar başlayıb. Yanvarın 29-a qədər davam edəcək danışıqlar iki mərhələyə bölünüb. 26-27 yanvar tarixlərində ölkə müxalifətinin nümayəndələri bir araya gələcəklər. Onlar danışıqların strateji xəttini və gündəliyi müəyyən edəcəklər. 28-29 tarixlərində isə Suriya iqtidarı və müxalifətinin görüşü keçiriləcək.

Müəllif | Apa.Tv
Apa.tv