Allaşükür Paşazadə: "Onlar Azərbaycanı bölüşdürmüşdülər"

"20 Yanvar hadisələri Sovet rəhbərinin göstərişi ilə Azərbaycan xalqının azadlıq hissini, haqlı tələbini qan içində boğmaq cəhdi idi".

 

APA TV-nin məlumatına görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə 20 Yanvar şəhidlərinin yaxınları ilə görüşdə deyib. Allahşükür Paşazadə Mixail Qorbaçovu beynəlxalq məhkəməyə verməyə çağırıb:  “1990-cı illərdə Qorbaçov, Yazov və Primakov Azərbaycanı bölüşdürmüşdülər və bunu rəsmiləşdirmək istəyirdilər. Azərbaycana radikal islam damğası vuraraq buranı dağıtmaq istəyirdilər. Ona görə də Azərbaycan xalqının tam haqqı var ki, əlləri qana bulaşmış qatillərini, xüsusilə Mixail Qorbaçovu məhkəməyə versin. Dünya bilməlidir ki, XX əsrdə totalitarizmin törətdiyi ən qanlı terror aktları sırasında Azərbaycan xalqına qarşı törədilmiş kütləvi terror da var. Qarabağ münaqişəsi də 20 Yanvar cinayətinin davamı oldu. Xalq buna qiymət verilməsini tələb etməlidir”.

 

Allahşükür Paşazadə qeyd edib ki, dünya bilməlidir ki, XX əsrdə totalitarizmin törətdiyi ən qanlı terror aktları sırasında Azərbaycan xalqına qarşı törədilmiş kütləvi terror da var.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı