Azərbaycanda Məmmədov soyadlı 56 557 stasionar telefon abunəçisi var

Azərbaycanda telefon abunəçilərinin sayının artması ilə əlaqədar yeni statistik məlumatlar müəyyən edilib. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov “APA-Economics”ə bildirib ki, nazirliyin Məlumat Hesablama Mərkəzi tərəfindən aparılan statistik araşdırma nəticəsində məlum olub ki, ölkə Məmmədov soyadlı stasionar telefon abunəçiləri nə az, nə çox - düz 56 557 nəfərdir. APA TV-nin məlumatına görə, digər soyadlar üzrə abunəçi sayı aşağıdakı kimidir: Əliyev - 43 258, Məmmədova - 29 287, Hüseynov - 27 047, Əliyeva - 22 947, Həsənov - 21 092, Quliyev - 20 014, İsmayılov - 15 572, Əhmədov - 14 903, Hüseynova - 14 386, Abdullayev - 13 227, Abbasov - 12 550, Cəfərov - 11 411. Qeyd edək ki, statistik məlumat respublika üzrə yalnız stasionar telefon abunəçilərini əhatə edir.

Müəllif | Apa.Tv
Apa.tv