İmişlidə naməlum avtomobil piyadanı vuraraq öldürüb
İmişlidə naməlum avtomobil piyadanı vuraraq öldürüb. Rayon Polis Şöbəsindən APA TV-nin Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə Hacıqabul-Horadiz magistralının 84-cü kilometrliyində qeydə alınıb. Rayonun Qürbəli kəndi ərazisində Sumqayıt şəhər sakini, Mürsəlli kəndində müvəqqəti yaşayan 1968-ci il təvəllüdlü Soltanov Sahib Nüsrət oğlu naməlum avtomobil tərəfindən vurulub. Sürücü avtomobillə birlikdə hadisə yerindən qaçıb. Hazırda avtomobilin və sürücünün axtarışları davam etdrilir. Faktla bağlı araşdırma aparılır.