Məşhur müğənni vəfat edib
Məşhur yunan müğənni Demis Russos Afinada 69 yaşında vəfat edib. Ölümün səbəbləri hələlik bəlli deyil. APA TV-nin xəbərinə görə, əsl adı Artemios Ventouris Roussos olan müğənni 1946-cı ildə Misirin İsgəndəriyyə şəhərində yunan ailəsində anadan olub. 1950-ci illərin ortalarında ailə Yunanıstana köçüb. D. Russos solo yaradıcılığa 1971-ci ildə başlayıb və həmin il “On The Greek Side Of My Mind” adlı ilk albomunu buraxıb. 1975-ci ildə onun 3 plastik valı 10 ən yaxşı albomun siyahısında yer tutub. Sənətçi yaradıcılığı boyunca 29 albom buraxıb.
O, 1985-ci il iyunun 14-də ərəb terroçular tərəfindən qaçırılmış təyyarənin sərnişinlərindən biri olub. Terrorçular hətta onun doğum gününü də təyyarədə qeyd ediblər.
Demis Russosun 3 evliliyindən 2 uşağı var.