Narkotiklə tutulan şəxs: "Bir səhvdir, eləmişəm..."
Saatlıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini tutulub. Rayon Polis Şöbəsindən APA TV-nin Mil-Muğan bürosuna verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri zamanı Qarayev kənd sakini 1980-ci il təvəllüdlü Ağayev Ağamərdan Ənvər oğlu şübhəli şəxs qismində saxlanılıb. Üzərinə baxış zamanı ondan 2 ədəd kibrit qutusunda qablaşdırılmış və qurudulmuş marixuana aşkarlanıb: "Çoxdan çəkirdim. Bir səhvdir,eləmişəm, əməlimdən çox peşimanam".
Saxlanılan şəxsin etirafı əsasında onun evinin zirzəmisində gizlətdiyi 400 qramdan çox qurudulmuş marixuana da aşkarlanaraq istintaqa təhvil verilib.
Məlum olub ki, Ağamərdan Ağayev narkotik vasitələri ona məxsus həyətyanı sahədə əkib. Faktla bağlı cinayət başlanıb.