Qaxda minik maşını qoşqulu traktora çırpıldı

Qaxda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə rayonunun Şotavar kəndi ərazisində qeydə alınıb. Almalı kənd sakini, 1970-ci il təvəllüdlü Elmir Məhəmməd oğlu Əliyev idarə etdiyi “VAZ 21099” markalı avtomobillə Zaqatala rayonu istiqamətində hərəkətdə olarkən maşını qarşısında hərəkətdə olan,  hələki sürücüsü məlum olmayan qoşqulu traktora çırpıb. Qəzadan sonra müxtəlif bədən xəsarətləri alan Elmir Əliyev təcili yardımla Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb.

 

Xəsarət alan sürücünün sözlərinə görə, qoşqulu traktoru görməyib və əyləcə bassa da qəzadan xilas ola bilməyib.

 

Qəzadan sonra traktorun sürücüsü traktorla birlikdə hadisə yerindən qaçıb.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov