Yasamalda qəza törədən sərxoş sürücü hadisə yerindən qaçıb
Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə Şərifzadə 2 ünvanında qeydə alınıb. Sürücüsü məlum olmayan “Mercedes” markalı avtomobil əks istiqamətdə hərəkətdə olan “Opel”i vuraraq hadisə yerindən qaçıb. Baş verən qəzadan sonra hadisə yerinə gələn bir qrup şəxslə zərərçəkmiş sürücünün arasında mübahisə yaranıb. Dərhal qəzanın baş verdiyi əraziyə Yasamal Rayon Polis İdarəsinin və yol polisinin əməkdaşları gəliblər. Hadisə şahidlərinin sözlərinə görə, qəza törədib hadisə yerindən qaçan sürücü sərxoş olub.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.