İŞİD-dən yeni terror təhdidi
İŞİD terror qruplaşması Qərb ölkələrində yeni terror aktlarına hazırlaşdığını bəyan edib. APA TV-nin məlumatına görə, onlar bu barədə internetdə audiomüraciət yayıblar. "France Presse” xəbər agentliyinin verdiyi məlumata görə, audioyazı internetdə "İŞİD" nümayəndələri tərəfindən yerləşdirilib.
Digər yandan İŞİD terror təşkilatı Pakistan və Əfqanıstan ərazilərində əməliyyatlar keçirəcək qruplaşmanın yaradıldığını bəyan edib. Müvafiq bəyanatın audio yazısı isə “Twitter” sosial şəbəkəsində yerləşdirilib.
Ekspertlər bunu Pakistan və Əfqanıstan ərazilərində fəaliyyət göstərən “Əl-Qaidə” və “Taliban” təşkilatlarına qarşı çağırış kimi qiymətləndiriblər.