Masallıda 20 yaşlı oğlan atasını qətlə yetirib
Masallı rayonunda qətl hadisəsi baş verib. Masallı Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Seybətən kəndində qeydə alınıb. 1995-ci il təvəllüdlü Mircamal Kamal oğlu Həmidzadə yaşadığı evdə ailə münaqişəsi zəminində atası, 1964-cü il təvəllüdlü Kamal Həmidovu bıçaqlayaraq qətlə yetirib.
M. Həmidzadə tutulub, faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.