"Lotu Yunus" Moskvada həbs olundu

Moskvada məşhur azərbaycanlı "qanuni oğru", kriminal aləmdə "Lotu Yunus" ləqəbi ilə məşhur olan şəxs saxlanılıb. APA TV-nin Rusiya mənbələrinə istinadən verdiyi məlumata görə, DİN-nin xüsusi təyinatlılarına kriminal avtoritetlərin toplaşdıqları yer məlum olub. Keçirilən əməliyyat zamanı 50 nəfər saxlanılıb. Onların əksəriyyəti cinayətkar aləmin liderlədir. Moskva polisi onlardan yeddisinin "qanuni oğru" titulunu daşıdığını bildirir. Xüsusi əməliyyat Moskvanın şərq bölgələrindəki restoranlardan birində baş tutub. Bildirilir ki, kriminal avtoritetlərin toplantısında məqsəd onların qəzəbinə tuş gəlmiş şəxslərin adlarının açıqlanması, maliyyə çatışmazlığından yaxa qurtarmaq və yeni mənbələri müəyyən etmək olub. Rusiya DİN-dən bildirilib ki, tutulanlar arasında 54 yaşlı azərbaycanlı da var. O, kriminal aləmdə "Lotu Yunus" kimi tanınır.

 

Müəllif | Apa.Tv
Apa.tv