İŞİD-dən alınan Kobaninin SON GÖRÜNTÜLƏRİ

Kürd silahlılarının İŞİD terror təşkilatından azad etdiyi Kobaninin ilk görünüləri yayılıb. APA TV xəbər verir ki, Türkiyənin "Anadolu" agentliyinin çəkiliş qrupu İŞİD işğalından azad olunan Kobaniyə keçib və şəhərdə çəkiliş aparıb. 

 

Kobanidə 4 aydan çoxdur, davam edən döyüşlərdən sonra kürd silahlıları şəhərin əhəmiyyətli hissəsini nəzarətə götürüblər. Şəhərin mərkəzinə qədər irəliləyən İŞİD silahlıları cənub istiqamətində geri çəkiliblər. 

 

Kobani 4 aylıq döyüşlərdən sonra xarabalığa çevrilib. Ağır silahlardan da istifadə olunduğu döyüşlər nəticəsində şəhərdə uçan binalar, xarabalığa dönən məhəllələr, dağılan infrastruktur və dəmir yığınına çevrilən avtomobillər qalıb. 

 

Şəhərin mərkəzində ziyan dəyməyən bir bina belə qalmayıb. Bazar, xəstəxana və dövlət binaları yerlə yeksan olub. Mülki əhalinin olmadığı Kobanidə binalar hava bombardmanı, terror aktları və artilleriya atəşi nəticəsində dağılıb. 

 

Kobaninin bəzi yerlərindən hələ də atışma səsləri gəlir. Beynəlxalq koalisiyaya məxsus təyyarələr kəşfiyyat uşuşları edir. 

 

Müəllif | Apa.Tv