İŞİD yapon girovun qaytarılması üçün 24 saat vaxt qoydu

İŞİD terror təşkilatı girov götürdüyü yapon Kenji Qoto Joqonu və iordaniyalı əsir pilot Muaz əl-Kesasibeni öldürməklə təhdid edib. APA TV-nin xəbərinə görə, yaponiyalı Kenji Qoto Jaqonun audio müraciəti və fotosu yayılıb. Onun əlində İordaniyalı pilot Kesasibenin fotosu var. O, Yaponiya vətəndaşlarına və hökumətinə müraciət edir.  Müraciət İŞİD-in Twitter hesabından yayılıb. "Bu, mənim son mesajımdır. Mənə dedilər ki, mənim azadlığıma İordaniya hökuməti mane olur. Yaponiya hökuməti bütün siyasi basqılarını İordaniya hökumətinə etsin. Çox az vaxt qalıb. Sajida ilə dəyişdiriləcəyəm. Bunda anlaşılmaz nə var? O, 10 ildir məhkumdur, mən  bir neçə aydır, məhkumam. İordaniya hökuməti dəyişdirilməni gecikdirsə əvvəl onların pilotu, sonra mən öldürüləcəyəm. Yaşamağım üçün yalnız 24 saat qalıb. Hər cür gecikdirilmə ikimizin də ölümünə səbəb olacaq. Məsuliyyəti İordaniya hökuməti daşıyır", deyə yapon girov bildirib.

 

Yaponiya hökumət audio səsin doğruluğunu araşdırır. 

Müəllif | Apa.Tv
Apa.tv