Xalq şairi Vaqif Səmədoğlu vəfat edib

 

Bu gün dünyasını dəyişən xalq şairi Vaqif Səmədoğlu ilə vida mərasimi sabah Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcək. Bu barədə Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat katibi Xəyal Rza bildirib. Mərasim saat 14.00-da başlanacaq. APA TV-nin məlumatına görə, mərhum I Fəxri Xiyabanda torpağa tapşırılacaq.

 

 Qeyd edək ki, Vaqif Səmədoğlu bu gün saat 10:30 radələrində uzun sürən xəstəlikdən sonra vəfat edib. Vaqif Səmədoğlu 1939-cu il iyunun 5-də Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olub. Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında incəsənət redaksiyasının müdiri "Oğuz eli" qəzetinin baş redaktoru vəzifələrində çalışıb. Azərbaycan Milli Məclisinin deputatı olub.

 

 Allah rəhmət eləsin.

 

Müəllif | Apa.Tv
Apa.tv