Serj Sarkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səsin toplanmasına başlanıb

"Serj Sarkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səsin toplanmasına başlanıb".

 

APA TV-nin xəbərinə görə, bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nəzdində yaradılan İşçi Qrupunun üzvü  Azərbaycan Tələbə-Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov deyib: "19 yanvar tarixində QHT Dövlət Dəstəyi Şurasının iclasında 20 yanvar hadisələri və Azərbaycana bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün İşçi Qrupun yaradılması qərara alınıb və qrupa 17 QHT rəhbəri daxil edilib. Onlar bir neçə gün ərzində aktiv şəkildə çalışıblar və nəticədə bu gün qarşıda duran iki işin təqdimatı keçirilir. İşçi Qrupun əsas işlərindən biri 20 Yanvar həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, həmçinin Xocalı hadisələrinin birbaşa iştirakçısı olan Serj Sarkisyanın beynəlxalq cinayətkar kimi tanıdılmasıdır. İşçi Qrup Sarkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səs”i qısa müddətdə toplamağı planlaşdırır".

 

İşçi Qrupun beynəlxalq sahədə məsul şəxsi Asif Əsgərli isə bildirib ki, xarici ölkələrdə tədbirlərin keçirilməsi daha məqsədəuyğun olacaq.

 

Tədbirdə QHT-lərdən ibarət İşçi Qrupunun BMT Təhlükəsizlik Şurasına müraciət üçün yaradılan “Sarkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səs” petisiyasının təqdimatı olub.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı