Yaqub Mahmudov “Ata yurdu” dərsliyində Lənkəran xanlığının adının olmamasına aydınlıq gətirdi

"Azərbaycanlıları cənub bölgəsində etnoslara parçalamağın əleyhinəyəm. Ona görə də, İrəvandan, xarici ölkələrdən buyruq alıb, "Talışistan" havası çalmağı millətimizə xəyanət hesab edirəm".

 

APA TV-nin xəbərinə görə,Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov V sinif üçün “Ata yurdu” dərsliyində Lənkəran xanlığının adının olmaması ilə bağlı səslənən ittihamlara belə cavab verib. O, tarixçi professor Cəmil Həsənlinin bu məqamı çatışmazlıq kimi qabartmasına münasibət bildirərkən deyib ki, vaxtilə Azərbaycanı etnik qarşıdurma meydanına çevirməyə çalışanlar indi İrəvanda erməni vandallarının ətrafına toplanaraq “Talışıstan” radiosu və televiziyası yaradıb. Azərbaycanın qüdrətli dövlətə çevrilməsini çoxu qəbul edə bilmir və xaricdə müxtəlif istiqamətlərdən təxribat işləri aparılır. “Bu təxribat işlərinin mərkəzlərindən biri də İrəvandır. Dönüklərin İrəvanda çaldıqları “Talışıstan” havasına burada bəziləri oynamaq əvəzinə, Azərbaycan həqiqətlərini, xalqımızın tarixi keçmişini və cənub bölgəsinin yaxın keçmişini yada salmalıdırlar. Vaxtilə 5-ci sinfin tarix dərsliyinin “Ata yurdu” dərsliyi olduğunu xatırBu dərslik təzə konsepsiya əsasındadır, Azərbaycanın elə bölgəsi yoxdur ki, o dərslikdə əksini tapmamış olsun. İrad tuturlar ki, “Ata yurdu” dərsliyində guya bütün xanlıqların adları sadalanıb. Bu böhtan, yalandır, kitabda bütün xanlıqların adları sadalanmayıb. Kitabda 20-dən artıq xanlıq və sultanlıqdan yalnız 4-nün adı çəkilir. Hansı xanlıqların adı çəkilir? Şəki xanlığının adı çəkilir ki, qoy yeniyetməmiz görsün böyük sərkərdəmiz Nadir şah Əfşarın imperiyası parçalananda ilk müstəqillik bayrağını Şəki xanlığı qaldırdı və Şəki xanı Hacı Çələbi qərb torpaqlarının işğalına qarşı mübarizə apardı, düşmənlərimizi yerində oturtdu".

 

Yaqub Mahmudov qeyd edib ki, Şəki xanlığından başqa Qarabağ xanlığı, Şuşa-Pənahabad barədə yazılıb: "Erməni vandallarına qan udduran Azərbaycan qəhrəmanı Pənahəli xan Cavanşir barəsində məlumat verilib, çünki Şuşa bu gün ağır dərdimizdir. İrəvan xanlığı barədə ina görə məlumat verilib ki, Ermənistanın Azərbaycan torpağı olduğunu uşağa, yeniyetməyə çatdıraq. 5-ci sinif şagirdinə də bütün xanlıqların adlarını sadalamağa ehtiyac yoxdur" - deyə, millət vəkili bildirib.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı