Keşlədə qanlı dava: qəsəbə sakini bıçaqlandı

Ötən gecə  Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə rayonun Keşlə qəsəbəsində qeydə alınıb.  Qəsəbə sakini 1984-cü il təvəllüdlü İbrahimov İsmayıl Adil oğlu tanışı tərəfindən bıçaqlanıb. Yaralı ətrafdakıların köməyi ilə 3 saylı Sabunçu Xəstəxanasına çatdırılıb. Yaralı təcili əməliyyat olunub. Xəstəxanadan verilən məlumata görə, İsmayıl İbrahimov bel nahiyəsindən bir neçə bıçaq zərbəsi alıb. Reanimasiya şöbəsinə yerləşdirilən xəstənin vəziyyəti orta-ağırdır.

 

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır. Polis əməkdaşları İsmayıl İbrahimovu bıçaqlayıb qaçan şəxsin axtarışlarına başlayıb.

 

Müəllif | Apa.Tv