Elnur Hüseynov “O səs Türkiyə”nin növbəti mərhələsində

"O səs Türkiyə" müsabiqəsinin son buraxılışında növbəti dəfə iştirakçılar səhnədə səslərini sınayıblar. APA TV-nin  məlumatına görə, “O səs Türkiyə” yarışmasındakı ilk çıxışı ilə səs-küy yaradan azərbaycanlı müğənni Elnur Hüseynov “çarpaz duel” mərhələsində Hadisənin komandasından Sidenur və Mazhar-Özkan cütlüyünün komandasından Naciyə ilə mübarizə aparıb.

Ebru Gündeşin komandasında olan həmyerlimiz "Karmen" operasından bir parçaı ifa edib.

“O Səs Türkiyə”də ilk çıxışında və duel mərhələsində münsiflərdən “Hə” cavabı alan Elnur bu dəfə auditoriyanın səsverməsinə əsasən də üçlükdə ən çox səs toplayaraq növbəti mərhələyə keçib.

Xatırladaq ki, E.Hüseynov bundan öncəki “birə bir” mərhələsində “Golden Eye” mahnısını ifa etmiş və qalib olmuşdu.

Müəllif | Apa.Tv
Apa.tv