Kürdəmirdə yük maşını piyadanın üstündən keçib

Kürdəmirdə yük maşını piyadanın üstündən keçib. APA TV-nin xəbərinə görə, hadisə səhər saatlarında rayonun Cəyli kəndində qeydə alınıb. Yaxınlıqda qoyun otaran kənd sakini, 45 yaşlı Arif Ağarəziyev yolu keçmək istəyərkən Kürdəmir rayon sakini İldırım Hüseynovun idarə etdiyi “Shacman” markalı yük maşını tərəfindən vurulub. Nəticədə çobanın sağ ayağı “Shacman”ın təkəri altında qaldığından  güclü zədə alıb. Arif Ağarəziyev Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Zahid Abışov