Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib

"Parlamentin yaz sessiyası zamanı diqqət komitədə müzakirəsi gedən və plenar iclasa tövsiyə olunan “Elm haqqında” qanun layihəsinin qəbuluna yönələcək". APA TV-nin məlumatına görə, bunu  Milli Məclisinin Elm və təhsil komitəsinin yaz sessiyasının ilk iclasında komitə sədri Şəmsəddin Hacıyev deyib. Komitə sədri bundan başqa, digər komitələrlə birgə məsələlərin müzakirəsinin də nəzərdə tutulduğunu deyib. Millət vəkili Bəxtiyar Əliyev isə məktəbəqədər təhsilin qanunvericilik bazasının yaradılmasına diqqət çəkib: "Yaz sessiyası zamanı Təhsil Nazirliyi və digər aidiyyatı qurumlarla birgə məktəbəqədər təhsilin qanunvericilik bazasının yaradılması məsləsini müzakirə edəcəyik. Bundan başqa bu gün daha zəruri olan məsələ orta məktəblərimizlə bağlı təhsil haqqında qanunun hazırlanması və həyata keçirilməsidir. Çünki təhsil konsepsiyasında da bu nəzərdə tutlub ki, 12 illik təhsilə keçirik və biz Avropaya inteqrasiya yolunu seçmişiksə bu işlərin də qanunvericilik bazasını möhkəmləndirmək lazımdır".

 

İclasda ötən sessiyanın yekunları dinlənilib. Yeni sessiyada görüləcək işlərlə bağlı məlumat verilib. Daha sonra vətəndaşların qəbulu və daxil olan müraciətlərə baxılması barədə fikirlərlər səsləndirlib.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı