Erməni hərbçi özünü asdı

 

Ermənistan ordusunda intihar hadisəsi qeydə alınıb. APA TV-nin erməni mənbələrinə istinadən verdiyi məlumata görə, əsgər özünü İrəvandakı təlim-tədris məktəbinin idman meydançasındakı turnikdən asıb. İntihar edən hərbçi Aykaz Arkadyeviç Barseqyandır. Onun meyiti səhər saatlarında aşkarlanıb. Araşdırmalara başlanıb. Faktı Ermənistan Müdafiə Nazirliyi təsdiqləyib.


Müəllif | Apa.Tv
Apa.tv