Bakıda tutulan kriminal avtoritetlərin GÖRÜNTÜLƏRİ
DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Bakıda cinayətkar dəstənin üzvlərini tutublar. APA TV-nin Araşdırmalarla müəyyən edilib ki, Cinayət Məcəlləsinin qəsdən adam öldürmə, narkotik vasitələrin qanunsuz dövriyyəsi, xuliqanlıq və digər maddələri ilə əvvəllər dəfələrlə məhkum olunmuş Bakı şəhər sakinləri Ceyhun Baxışov, Hacıbala Abbasov və Xırdalan şəhərində yaşayan Etibar Baxşızadə cinayətə meyilli şəxsləri ətraflarına toplamaqla «qanunsuz araşdırmalar» aparıblar. Onlar özlərini cinayətkar aləmin "nüfuzlu şəxsləri" kimi təqdim edərək ayrı-ayrı iş adamlarını təhdid etməklə, qanunsuz olaraq pul yığılması və kriminal aləmin «kassa»sına ötürülməsini təşkil ediblər.
Baxış zamanı hər üç şəxsin üzərindən narkotik vasitə olan heroin aşkarlanıb. Bundan əlavə, C. Baxışovdan «Makarov» tipli tapança, E. Baxşızadənin mənzilindən isə 2 ədəd alışqanı ilə birlikdə əl qumbarası aşkarlanaraq götürülüb. Həmin şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.