MN: Ermənistanın pilotsuz uçan aparatı məhv edilib

Ermənistanın pilotsuz uçan aparatı məhv edilib. APA TV-nin Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanvarın 29-da saat 14.00 radələrində cəbhənin Ağdam istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparat (PUA) Hərbi Hava Qüvvələrimiz tərəfindən məhv edilib.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

 

Müəllif | Apa.Tv
Apa.tv