Cəbhədə iki erməni hərbçisi vurulub

Cəbhə xəttində iki erməni hərbçisi yaralanıb. APA-nın Ermənistanın "razm.info" hərbi saytına istinadən verdiyi məlumata görə, bu gecə cəbhənin şimalında - Qazax-İcevan istiqamətində baş verən atışmada Ermənistan Silahlı Qüvvələrinin iki hərbi qulluqçusu yaralanıb. Sayt yaralıların adlarını da açıqlayıb. Bunlar 1987-ci il təvəllüdlü Qrişa Otaryan və 1967-ci il təvəllüdlü Surik Movsisyandır. Faktı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan da təsdiqləyib. Yaralılar İcevanda xəstəxanaya yerləşdiriliblər. Qeyd edək ki, yanvarın əvvəlindən bu günədək cəbhədə Ermənistan Ordusunun 17hərbçisi öldürülüb, 20-dən çoxu yaralanıb.

 

Müəllif | Apa.Tv
Apa.tv