Tovuzda zəncirvari qəza olub: 3 yaralı

Bakı-Qazax magistral yolunun Tovuz rayonu ərazisindən keçən hissəsində zəncirvarı qəza baş verib. APA TV-nin xəbərinə “Mercedes” markalı avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü Müşfiq Abbasov idarəetməni itirərək maşını yolun kənarında dayanan başqa bir "Mercedes” və “Nissan” markalı avtomobillərə çırpıb. Nəticədə M. Abbasov və maşında olan 2 sərnişin müxtəlif bədən xəsarətləri alaraq Tovuz Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. M. Abbasovun vəziyyəti ağır olduğundan Gəncədə olan tibb müəssisələrinin birinə köçürülüb. Yolun kənarında dayanan maşınlarda xəsarət alanlar olmasa da, avtomobillərə ziyan dəyib. Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Azər Məmmədli