Dünən axşam saatlarında Quba-Xaçmaz yolunda qəza baş verib. APA TV-nin şimal bürosunun məlumatına görə, hadisə Quba-Xaçmaz yolunun 4-cü kilometrliyində, magistralın Quba rayonunun Zərdabi qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Quba rayon sakini Mətləb Cəfərovun idarə etdiyi “Nissan” markalı avtomobil Xaçmazdan Quba istiqamətində hərəkətdə olarkən qəfildən yola çıxan Quba rayonunun Zizik kənd sakini Xəyyam Məmmədova məxsus odunla dolu at arabasına çırpılıb. Qəza zamanı xəsarət alan olmayıb, lakin hər iki nəqliyyat vasitəsi yararsız vəziyyətə düşüb.
Hadisənin səbəbləri hələlik məlum deyil.
Qeyd edək ki, Mətləb Cəfərov İqtisadiyyat və Sənaye nazirliyinin Quba-Xaçmaz regional bölməsinin müdiridir.
Faktla bağlı araşdırma aparılır.
Hadisənin səbəbləri hələlik məlum deyil.
Qeyd edək ki, Mətləb Cəfərov İqtisadiyyat və Sənaye nazirliyinin Quba-Xaçmaz regional bölməsinin müdiridir.
Faktla bağlı araşdırma aparılır.