İŞİD Misirdə 25 hərbçini qətlə yetirdİ - DƏHŞƏTLİ TERROR

Misirin Sinay yarımadasındakı Əl Əriş şəhərində silahlıların hücumu nəticəsində 25 nəfər ölüb. APA TV-nin "Euronews"a istinadən verdiyi xəbərə görə, ölənlərin əksəriyyəti Misir hərbçiləridir. Məlumata görə, terrorçular avtomobilə quraşdırılmış partlayıcı qurğunu işə salıblar. Bundan başqa onlar şəhərə raket zərbələri endirib. Zərbələr nəticəsində hərbi baza, polis məntəqəsi və hərbçilərə məxsus yaşayış kompleksinə ciddi ziyan dəyib. Bundan başqa Əl Əriş şəhərində naməlum silahlı şəxslər Misirin “Əl Ahram” dövlət qəzetinin regional bürosuna hücum edərək 6 nəfəri qətlə yetiriblər. Hadisə görə məsuliyyəti İŞİD üzərinə götürüb.

Müəllif | Apa.Tv
Apa.tv