Türk seriallarının qəhrəmanları Bakıda: Nizami Kino Mərkəzində premyera olub
"Bu gün bütün diqqətlər Nizami Kino Mərkəzindədir. Buna səbəb isə türk rejissorlarının çəkdiyi "Aşk Sana Benzer" filminin nümayiş olunmasıdır. Gördüyünüz kimi tamaşaçıların sayı getdikcə artır, onlar baş rolların ifaçıları - Burak Özçivit və Fahriyye Evcenin yolunu səbirsizliklə gözləyirlər".
Tamaşaçıları intizarda saxlayan aktyorlar gec də olsa gəlib çıxır. Baş rol ifaçıları Burak Özçivit, Fahriyye Evcen və Selim Bayraktar filmdən əvvəl jurnalistlərə müsahibə verib və Azərbaycanı çox sevdiklərini söyləyiblər.
"Azərbaycanı çox sevirik. Bizi çox yaxşı qarşıladınız. Hər kəsi filmə baxmağa dəvət edirik. Türkiyədən çox isti duyğular gətirdik. Bura bizə doğmadır. Gələn hər kəsə təşəkkür edirik. İkinci vətənimizi, hamınızı çox sevirik".
Daha sonra qonaqlar tamaşaçılarla birlikdə filmi izləyiblər.Qeyd edək ki, bundan öncə Burak Özçivit "Muhteşem Yüzyıl" serialında "Malkoçoğlu Bali bey", "Çalıquşu" serialında isə "Kamran" obrazı ilə tamaşaçılar tərəfindən sevilib. Selim Bayraktar isə kino tarixinə "Muhteşem Yüzyıl"ın "Sümbül Ağa"sı kimi imza atıb. "Yaprak Dökümü" serialının "Nejla"sı Fahriyye Evcen bu filimdən öncə Burak Özçevit ilə "Çalıquşu" serialında bir araya gəlib. Bu ekran əsərində sevilən aktiyor Burak Özçivit həm də filmin ssenari müəllifi və prodüseridir. Taner Elhan isə "Aşk Sana Benzer" filminə rejissorluq edib.