Fevralın birinci yarısı ölkədə şaxtalı hava şəraiti gözlənilir

Azərbaycan Respublikası ərazisində fevral ayına olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, fevral ayında havanın orta aylıq temperaturunun kiçik mənfi və müsbət fərqlə iqlim normasına yaxın olacağı gözlənilir. Bakıda və Abşeron yarımadasında ay boyu 2-4 dərəcə isti, gecələr 2-6 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzən isə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, ayın ikinci yarısının bəzi günlərində 15-18 dərəcə isti olacağı gözlənilir. Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 0-5 dərəcə şaxta, gecələr 3-8, bəzi günlərdə 15-20 dərəcə şaxta, gündüzlər 9-14 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, ayın ikinci yarısında 16-18 dərəcə isti olacağı ehtimal edilir. Daşkəsən və Gədəbəy rayonlarında havanın 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gecələr 0-5, bəzi günlərdə 10-15 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, ayın 15-dən ayrı-ayrı günlərində 13-16 dərəcə isti olacağı təxmin olunur. Qazax, Gəncə, Goranboy, Tərtər, AğdamFüzuliCəbrayıl rayonlarında  temperaturun 2-4 dərəcə, gecələr 0-5 dərəcə isti, bəzi günlərdə 3-6 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, fevralın ikinci hissəsində 15-17 dərəcə isti gözlənilir. Şimal-qərb və Şimal bölgəsində orta aylıq temperaturun 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gecələr 2-7 dərəcə şaxta, bəzi günlərdə 0-5, gündüzlər 6-11 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, ayın ikinci yarısının ayrı-ayrı günlərində 14-17 dərəcə isti olacağı gözlənilir. Mərkəzi Aran, Muğan, Mil  regionunda hava şəraitinin 3-5 dərəcə isti, gecələr 2-7 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüzlər 9-14, bəzi günlərdə 0-5, ayın ikinci yarısının ayrı-ayrı günlərində 16-19 dərəcə isti olacağı deyilir. Cənub bölgəsində 2-5 dərəcə isti, gecələr 2-7 dərəcə isti, bəzi günlərdə 1-3, dağlarda 7-12 dərəcə şaxta, gündüzlər 8-13, bəzi günlərdə 0-3, ayın ikinci yarısının ayrı-ayrı günlərində 16-19 dərəcə isti olacaq. 

Müəllif | Apa.Tv
Apa.tv