Kürdəmirdə saxlanılan 54 yaşlı şəxs narkotik satdığını etiraf edib
Kürdəmirdə narkotik satışı ilə məşğul olan şəxs saxlanılıb. Rayon Polis Şöbəsindən APA TV-nin yerli bürosuna verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Karrar kənd sakini, 54 yaşlı Lələxan Şirinov şübhəli şəxs qismində saxlanılıb. Saxlanılarkən onun üzərindən 5,5 qram, evindən isə 300 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Lələxan Şirinovun yaşadığı ünvanda eyni zamanda 84 ədəd narkotik tumları və çöl əkin sahələrində qanunsuz olaraq əkdiyi narkotik xassəli çətənə bitkisinin gövdələri də aşkar olunub. Narkotikdən həm istifadə etdiyini, həm də satdığını deyən Lələxan Şirinov tutduğu əmələ görə peşman olduğunu bildirib. O, 23 il öncə də analoji əməlinə görə məhkum olunub.