Nazir Əli Abbasov Şirvanda vətəndaşları qəbul edib

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Şirvanda vətəndaşları qəbul edib, poçt və abunə şöbələrinin açılış mərasimində iştirak edib. APA TV-nin Mil-Muğan bürosunun verdiyi məlumata görə, nazir Əli Abbasov qəbuldan əvvəl dünya standartlarına cavab verən yeni təmir olunmuş poçt şöbəsinin açılış mərasimində iştirak edib. Daha sonra nazir  Şirvan şəhəri, Hacıqabul və Saatlı rayonlarından olan vətəndaşları qəbul edib. Qəbulda  nazirliyin müvafiq struktur rəhbərləri də iştirak ediblər. Müraciətlərin operativ araşdırılması və həlli məqsədilə rayonların poçt şöbələrinin və telekommunikasiya qovşaqlarının rəhbərləri ilə videoəlaqə yaradılıb. Qəbul zamanı vətəndaşlar əsasən işlə təmin olunmaq, internet, poçt, televiziya və radio yayımı xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması və digər məsələlərlə bağlı müraciətlər ediblər. Hər bir vətəndaş diqqətlə dinlənilib. Məsələlərin əksəriyyəti yerindəcə həllini tapıb. Araşdırılmasına ehtiyac olan bəzi müraciətlər isə qeydiyyata götürülüb. Onların operativ həlli üçün nazirliyin müvafiq struktur rəhbərlərinə konkret tapşırıqlar verilib. Qəbul zamanı nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər də olub. Bununla əlaqədar vətəndaşlarla ətraflı izahat işləri aparılıb. Həmin müraciətlər müvafiq strukturlara göndərilərək həll olunması üçün qeydiyyata alınıb.

Müəllif | Apa.Tv
Apa.tv