Hüseyn Bağırov Sabirabadda vətəndaşları qəbul edib

Ekologiya və Təbii sərvətlər naziri Hüseyn Bağırov Sabirabadda vətəndaşları qəbul edib. APATV-nin Mil-Muğan bürosunun verdiyi məlumata görə,  qəbula Sabirabad, Saatlı, Hacıqabul və Şirvan şəhərinin sakinləri qatılıblar. Qəbulda ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, geologiya və s. məsələlərlə bağlı 50-yə yaxın müraciətə baxılıb. Qəbul zamanı nazir vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi üçün Nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Eyni zamanda, vətəndaşlar tərəfindən verilən müxtəlif təkliflər qeydə alınıb. Onları narahat edən şikayət xarakterli müraciətlər araşdırılaraq müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı