Dövlət Gömrük Komitəsi əməkdaşları peşə bayramını qeyd edir

Azərbaycan Dövlət Gömrük Komitəsi əməkdaşları peşə bayramını qeyd edir. APA TV-nin xəbərinə görə, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və komitənin əməkdaşları Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.

 

Jurnalistlərə açıqlama verən Aydın Əliyev bildirib ki, Azərbaycan Gömrük Xidməti dünya gömrük ailəsində özünəməxsus layiqli yer tutub: "Bu bayrama müəyyən göstəricilərlə gəlmişik".

 

Daha sonra keçirilən kollegiya iclasında 2014-cü ilin yekunları ilə bağlı çıxış edən komitənin sədr müavini Səfər Mehdiyev bildirib ki, gömrük orqanları tərəfindən ötən il həyata keçirilmiş kompleks tədbirlər nə­ticəsində 10811 hüquqpozma faktı aşkarlanıb. Bu faktlardan 424-ü cinayət xa­rakterli faktlar olub. Gömrük sərhədindən narkotiklərin qa­nun­suz keçirilməsinin qarşısını almaq məq­sədilə 158 fakt aş­karlanıb, şübhəli bilinən 185 nəfər barəsində müva­fiq tədbirlər görülüb: "Dövlət Gömrük Komitəsinin 2014-cü ildə nəzərdə tutulan 1 milyard 510 milyon ma­nat illik büdcə proqnozuna 100,05 % əməl edilib, ƏDV üzrə 1 milyard 70 milyon 960 min manat, gömrük rüsumları üzrə 365,9 milyon manat, aksiz vergisi üzrə  57 milyon manat, yol vergisi üzrə 16, 9 milyon manat toplanılaraq ümumilikdə 1 milyard 510,76 milyon manat dövlət büdcəsinə köçürülüb".

 

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov, komitənin audit və risk analizləri şöbəsinin rəisi Faiq Zeinov, Tovuz Gömrük İdarəsinin rəisi Mehman Sadıqov, Gömrük Akademiyasının rektoru İsmayıl Ələkbərov çıxış edərək hesabat veriblər.

 

İclasda prezident İlham Əliyevin sərəncamı ilə gömrük fəaliyyətində fərqlənən gömrük işçilərin orden və medallarla, mükafatlarla təltif olunub. Eyni zamanda komitə sədri Aydın Əliyev komitənin bir qrup əməkdaşını mükafatlandırıb.

 

Müəllif | Apa.Tv