Ukraynada şiddətli döyüşlər davam edir

Ukraynanın Donetsk vilayətinin Uqleqorsk şəhərində ağır döyüşlər davam edir. APA TV-nin məlumatına görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının mətbuat mərkəzi xəbər yayıb. Uqleqorskda vəziyyət mürəkkəb olaraq qalır. Separatçılar Ukrayna ordusunun mövqelərinə və şəhərin yaşayış binalarına atəş açaraq dinc sakinlərin həyatını təhlükə altında qoymağa davam edirlər. Mətbuat mərkəzinin məlumatına görə, döyüşlərdə separatçıların 30 döyüşçüsü, 11 zirehli maşını və bir tankı məhv edilib. Ukrayna ordusunun itkiləri də çoxdur. Bəzi bölgələrdə separatçılar Ukrayna ordusunun əsgərlərini mühasirəyə alıblar.

Qeyd edək ki, şiddətli döyüşlərlə bağlı bölgədəki əhalinin çoxu evlərini tərk edib. Xəstəxanalar isə ağır yaralılarla dolub-daşır. 

Müəllif | Apa.Tv
Apa.tv