Pakistanda məscid qan gölünə döndü; 60 ölü
Pakistanın Sind əyalətində şiələrə məxsus məsciddə cümə namazı zamanı partlayış baş verib. APA TV-nin məlumatına görə, partlayış nəticəsində azı 60 nəfər ölüb, 70 nəfərdən çox adam isə yaralanıb.
Təhlükəsizlik xidmətlərinin məlumatına görə, terror aktı əvvəlcədən planlaşdırılıb. Təxminən 300 adam namaz qılarkən əvvəlcədən məscidə yerləşdirilmiş bomba partlayıb. Xəstəxanalara çatdırılan çox sayda yaralıya təcili qan lazım olduğu üçün ölkə əhalisinə müraciət edilib. Terror aktına görə məsuliyyəti "Pakistanın Talibanı" kimi tanınan "Cundullah" təşkilatı öz üzərinə götürüb.
Pakistan prezidenti Məmnun Hüseyn və Baş nazir Navaz Şərif terror aktını qınayıb.