Pentaqon açıqladı: İŞİD 5 ilə məhv ediləcək
Pentaqon koalisiya qüvvələri ilə birgə 5 ilə İŞİD qruplaşması üzərində qələbə çalacağını vəd edib. APA TV-nin məlumatına görə, bu bəyanatı Pentaqonun mətbuat katibi Con Kirbi açıqlayıb.
“Mən hazırda vaxtı tam dəqiqliyi ilə proqnozlaşdıra bilmərəm. Deyərdim ki, buna üç ildən beş ilə qədər vaxt tələb olunacaq”.
Onun sözlərinə görə, İŞİD-lə mübarizənin ağır və uzunmüddətli olacağı əvvəlcədən bilinirdi. Bundan əvvəl yayımlanan məlumatlara görə, ABŞ-ın İraqda həyata keçirdiyi hava zərbələri nəticəsində terrorçuların nəzarəti altında olan ərazilərin cəmi 1 faizi azad edilib.