Bakının mərkəzində yol qeyri-müəyyən müddətə bağlandı
Bakıda daha bir yol bağlanıb. APA-nın məlumatına görə, paytaxtın Səbail rayonu ərazisində Bünyad Sərdarov küçəsində təmir işlərinə başlanılıb. Təmirlə əlaqədar yolun bir hissəsində avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Təmir işlərinin nə vaxt yekunlaşacağı barədə məlumat verilmir.