Donetsk bombalandı: meyitlər küçələrdə qalıb REAL GÖRÜNTÜ
Ukraynanın şərqində gərginlik davam edir. APA TV-nin məlumatına görə, Donetsk yaxınlığında gedən döyüşlərdə atılan mərmilərdən biri şəhərin mərkəzində yerləşən Kuybışev adına Mədəniyyət Evinin yanına düşüb. Başqa bir mərmiyə isə marşrut xətti ilə hərəkətdə olan trolleybus tuş gəlib. Nəqliyyat vasitəsindəki sərnişinlərdən 5-i ölüb, nə qədər yaralının olduğu müəyyənləşdirilməyib. Ümumiyyətlə, şəhərin bombalanması nəticəsində ölənlərin sayı barədə dəqiq məlumat yoxdur. Bəzi mənbələr 8 nəfərin öldüyünü, 12 nəfərin də yaralandığı barədə xəbərlər yayıblar. Ukraynanın baş naziri Arseni Yasenyuk hökumət kabinetinin təcili toplantısını keçirib.