Saxlanılan şəxs: "Çəkəniyəm, ucuz düşüb, "optovoy" aldım"
Yasamal rayon Polis İdarəsinin əməkdaşları özünü şübhəli aparan şəxsə yaxınlaşan zaman onun əlindəki bağlamanı atmaq istəməsi polislərin diqqətindən yayınmayıb. APA TV-nin məlumatına görə, vətəndaş Kamal İmamquliyev bölməyə dəvət olunub. O, əlindəki bağlamanı açmaq məcburiyyətində qaldığından hər şeyi olduğu kimi danışıb.
"İnşaatcılar metrosunun yanı ilə gedərkən polis əməkdaşları mənə yaxınlaşdılar. Dedilər gedək bölməyə, mən də gəldim. Üzərimdən 480 qram narkotik vasitə çıxdı. Ucuz düşmüşdü, almışdım. Özüm istifadə edirəm".
İstintaq yolu ilə müəyyən edilib k , Kamal İmamquliyev də narkotik vasitəni ona satan şəxsi tanımır. Dediyinə görə vətəndaş ona yaxınlaşıb, satlıq marixuanasının olduğunu deyib. O isə narkotik maddə istifadəçisi olduğundan topdan almağın daha sərfəli olduğunu düşünüb. Heç yerdə işləməyən Kamal İmamquliyev barəsində cinayət işi başlanıb. Araşdırma aparılır.