III İraq müharibəsi başlayır: ABŞ ölkəyə qoşun yeridir
Pentaqon rəhbəri Çaq Heygel bəyan edib ki, ABŞ İraq ərazisinə quru qoşunları yeridə bilər. Vesti.az-ın "Röyters"ə istinadən verdiyi məlumatına görə, bundan məqsəd İŞİD-ə qarşı mübarizədir. Heygel bildirib ki, bu Amerika hərbçilərinin birbaşa döyüşlərə qatılacağı demək deyil. Onlar terrorçulara qarşı vuruşan yerli hökumət qüvvələrinə yardım edəcəklər. Hazırda ABŞ İŞİD-ə qarşı yalnız hava zərbələri endirməklə kifayətlənir. İraq ərazisinə göndəriləcək hərbi kontingent 4500 nəfərdən ibarət olacaq. Onlar İraq hərbçilərinə və polislərə təlim keçəcəklər.